Qətər baş naziri BMT baş katibi ilə Qəzzəni müzakirə edib

Qətər baş naziri BMT baş katibi ilə Qəzzəni müzakirə edib

Qətərin baş naziri BMT baş katibi ilə telefon danışığında Qəzzədə son durum və problemin həlli yolları barədə müzakirə aparıblar.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Məhəmməd Bin Əbdül Rəhman Bin Casim Ali Sani Antonio Quttereşlə 2 aydan artıqdır ki, İsrail rejiminin Qəzzədə soyqırımı, konfliktin həll yolları və atəşkəs rejiminin başlaması barədə fikir mübadiləsi aparıblar.

Qətər mediaları Ali Sani və Quttereş arasında olan telefan danışığında gərginliyin azaldılması və atəşkəs məsələsi diqqət mərkəzində olub.

Xatırladaq ki, Fələstin Səhiyyə Nazirliyinin dünənə (19 dekabr) olan məlumatına əsasən, Qəzzə müharibəsi başlandığından bu günə kimi 19 min 667 nəfər şəhid olub və 52 min 586 nəfər isə yaralanıb. Onlardan əksəriyyəti qadınlar və uşaqlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =