Qətər ilə ABŞ arasında protokol imzalandı

Qətər ilə ABŞ arasında protokol imzalandı

Eastnews.org-un verdiyi xəbərə görə, Qətər İnkişaf Fondu (QFFD) ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında zəif inkişaf etmiş ölkələrə davamlı inkişaf dəstəyi təmin etmək üçün bir protokol imzalanıb.

QFFD tərəfindən verilən yazılı açıqlamada iki ölkə arasında humanitar yardım mövzusunda strateji bir əməkdaşlığın qurulması istəndiyi ifadə edilib.

Protokolun beynəlxalq inkişaf sahəsində yeni əməkdaşlıq mexanizmlərinin kəşf edilməsi üçün başlanğıc nöqtəsi olduğu, məqsədinin isə kasıb ölkələrdə və münaqişə bölgələrində hərtərəfli inkişaf və davamlı sülh və ədalət ümidinin gücləndirilməsinə töhfə vermək olduğu vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + seven =