Qətər: İsrailin sui-qəsdi məhbus mübadiləsi danışıqlarını çətinləşdirdi

Qətər: İsrailin sui-qəsdi məhbus mübadiləsi danışıqlarını çətinləşdirdi

Qətərin xarici işlər naziri Yaxın Şərq turu çərçivəsində paytaxt Dohaya gələn amerikalı həmkarı Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında Qəzzədəki hadisələrlə bağlı açıqlamalar verib.

Əl Tani vurğulayıb ki, Qəzza Fələstin ərazisinin bir hissəsidir, Fələstin idarəsi altında olmalıdır və burada yalnız Fələstin xalqı qərar vermək hüququna malikdir.

Qətərin baş naziri israilli məhbusların ailələrinə müraciət edərək bildirib ki, HƏMAS-ın Siyasi İdarəsinin rəis müavini şəhid Saleh əl-Arurinin öldürülməsi məhbus mübadiləsi üçün danışıqları çətinləşdirib.

Sionist rejim mediası dünən Qətərin xarici işlər naziri və baş naziri Məhəmməd ibn Əbdülrəhman əl-Taninin Dohada Həmas və digər fələstinli qrupların əlində saxladığı sionist məhbusların ailələrinə mesaj verdiyini bildirib.

Sionist mətbuatında yer alan xəbərə görə Qətər rəsmisi sionist məhbusların ailələrinə bildirib ki, HƏMAS-ın Siyasi İdarəsinin rəis müavini şəhid Saleh əl-Arurinin öldürülməsi əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlarda irəliləyişi çətinləşdirib.

İsrail rejimi ötən həftə çərşənbə gecəsi həyata keçirdiyi sui-qəsd əməliyyatında HƏMAS-ın Beyrut ətrafında yerləşən ofisi yaxınlığında Həmas siyasi idarəsinin rəis müavini Salih əl-Aruri ilə birlikdə 6 nəfəri şəhid edib.

Həmas və Fələstin İslami Cihad hərəkatı həmin gecə məhbus mübadiləsi ilə bağlı danışıqların dayandırıldığını elan etdilər. Həmin həftə İsrail rejimindən bir heyət Qətər vasitəçiləri ilə məhbus mübadiləsi müqaviləsinin detallarını müzakirə etmək üçün Dohaya gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + ten =