Qətər İsraillə əlaqələri rəsmiləşdirməyəcəyini bildirib
“Qətər İsraillə əlaqələri normallaşdırmaq məsələsində körfəzdə olan digər ərəb qonşularına qoşulmayacaq.”
SalamNews RT-ə istinadla xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin mətbuat katibi Blomberg-ə açıqlamasında deyib.
Qətər rəsmisi bildirib ki, rəsmi Doha İsraillə əlaqələri rəsmiləşdirmək məsələsində digər qonşu ölkələrə qoşulmayacaq.
Onun sözlərinə görə Qətər bu addımı atmaq üçün Fələstin münaqişəsinin tam həllini gözləyir.
“Fələstinlilər indi acınacaqlı vəziyyətdə, vətənləri olmayan, işğal altında qalanlardır. İndi belə bir zamanda əlaqələri normallaşdırmaq da məsələyə kömək etmir. Digər tərəfdən əlaqələrin normallaşdırılmasının kökündə də Fələstin-İsrail münaqişəsinin həlli dayanmır”
Qeyd edək ki, ötən gün Vaşinqtonda BƏƏ, Bəhreyn və İsrail arasında əlaqələrin rəsmiləşdirilməsi sazişi imzalanıb.
Bu saziş ərəb və müsəlman dünyasında böyük etiraza səbəb olub.