Qətər millisinin baş məşqçisi: “Azərbaycanla oyunda yaxşı nəticə qazanmaq istəyirik”
“Bizim üçün Avropa zonasının seçmə mərhələsində oynamaq əla təcrübədir. Top-komandalarla qarşılaşdıq. Oyunlarımız asan olmadı. Əsas məqsəd mundiala yaxşı vəziyyətdə getməkdir. Sabahkı matçdan da yararlanmaq istəyirik”.
Bu fikirləri Qətər yığmasının baş məşqçisi Feliks Sançes Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssisin hər oyuna rəsmi qarşılaşma kimi baxdıqlarını söyləyib: “Azərbaycanla qarşılaşmada yaxşı oyun göstərmək və nəticə qazanmaq istəyirik. Martda Macarıstandakı görüşə qələbə üçün çıxmışdıq, sabah da fərqli olmayacaq”.
Sançes heyətdə bəzi dəyişikliklərin olacağını söyləyib: “Bu gün son məşqimizə çıxacağıq. Hazırlıq prosesindən sonra heyəti quracağıq”.
Apa