Qətər: Qəzzada atəşkəs müzakirələri bu gün davam edəcək

Qətər: Qəzzada atəşkəs müzakirələri bu gün davam edəcək

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Dohada keçirilən Qəzza atəşkəs danışıqlarının cümə günü davam edəcəyindən xəbər verib.

İRNA-nın bu gün (16 avqust) səhər verdiyi xəbərə görə, Məcid Əl-Ənsari deyib: Qəzza zolağında müharibəyə son qoymaq üçün vasitəçilərin görüşü hələ də davam edir və bu gün də davam etdiriləcək.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Vasitəçilər Qəzza zolağında atəşkəsə nail olmaq üçün səylərini davam etdirməkdə qərarlıdırlar.

Bununla əlaqədar olaraq, Reuters xəbər agentliyi Amerika rəsmisinə istinadən bildirib: Vasitəçilər Qəzza ilə bağlı məhsuldar bir günü başa vurdular və danışıqlar cümə günü də davam edəcək.

Əl-Məyadeen telekanalı da yüksək rütbəli misirli mənbəyə istinadən xəbər verib ki, Dohada bütün tərəflər razılığa gəlmək üçün əsl  ciddi mövqe nümayiş etdiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =