Qətər: Qəzzada atəşkəs sabah səhər saat 8:30-da qüvvəyə minəcək

Qətər: Qəzzada atəşkəs sabah səhər saat 8:30-da qüvvəyə minəcək

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Qəzza zolağında atəşkəsin sabah (yerli vaxtla) səhər saat 8:30-da qüvvəyə minəcəyini elan edib.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən Məcid Əl-Ənsari bu gün (18 yanvar) verdiyi açıqlamada deyib: Razılaşma tərəfləri ilə vasitəçilər arasında imzalanan sazişə əsasən, Qəzzada atəşkəs sabah (19 yanvar)  səhər saatlarından etibarən həyata keçiriləcək.

Məcid Əl-Ənsari vurğulayıb: Qardaşlara ehtiyatlı davranmağı və rəsmi mənbələrdən göstəriş gözləməyi tövsiyə edirik.

İsrail mediası da rejimin Nazirlər Kabinetinin uzun iclasdan sonra Qəzzada əsir mübadiləsi və atəşkəs razılaşmasını təsdiqlədiyini bildirib.

İsrail Radio və Televiziya Təşkilatı 24 nazirin razılaşmanın lehinə, 8 nazirin isə əleyhinə olduğunu açıqlayıb.

Çərşənbə günü, 16 yanvar 2025-ci ildə Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani Qəzzada atəşkəs üçün səylərin müvəffəqiyyətli olduğunu elan  edərək “Fələstin və İsrail tərəfləri Qəzza zolağında atəşkəs razılaşması ilə razılaşdılar” deyə bəyanat yaymışdı. Sazişin icrası bazar günü, yanvarın 19-da başlayacaq və razılaşmaya əsasən, Həmas fələstinli məhbusların azadlığa buraxılması müqabilində 33 məhbusu azad edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 18 =