Qətər Qəzzada atəşkəslə bağlı danışıqları intensivləşdirir

Qətər Qəzzada atəşkəslə bağlı danışıqları intensivləşdirir

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani çərşənbə axşamı bildirib ki, onun iştirakı ilə Qəzza zolağında atəşkəslə bağlı aparılan danışıqlar Ramazan ayının başlaması ilə intensivləşib. Bu barədə Ərəb ölkələrinin KİV-ləri məlumat yayıb.

“Danışıqlar cəhdləri davam edir və indi Ramazan ayında daha da intensivləşib”, – deyə nazir qeyd edib.

O, həmçinin Qəzza zolağına humanitar yardımın çatdırılması üçün quru dəhlizlərinin heç bir məhdudiyyət olmadan açılmasının vacibliyini bildirib.

“Dəniz dəhlizi quru dəhlizlərini əvəz edə bilməz”, – deyə Məhəmməd bin Əbdülrəhman Əl Tani humanitar yardım daşıyan ilk gəminin çərşənbə axşamı səhər Kipr limanından Qəzza zolağına yola düşməsi ilə bağlı xəbərləri şərh edərkən bildirib.*

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 15 =