Qətər: SEPAH İranın hərbi strukturunun bir hissəsidir və ona ehtiramla yanaşılmalıdır

Qətər: SEPAH İranın hərbi strukturunun bir hissəsidir və ona ehtiramla yanaşılmalıdır

Qətərin Xarici İşlər naziri müsahibəsində təsdiqləyib ki, o, İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH )İranın hərbi strukturunun bir hissəsi kimi qəbul edir və ona ehtiramla yanaşır.

Qətərin Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Ali-Sani CNN-ə deyib: “İran bizim qonşumuzdur və orada baş verən və ya İranla bağlı olan hər şey Qətərə təsir edir. Biz Barcam danışıqlarının (dirçəlişinin) sonunu görmək istəyirik.”

Qətərin Xarici İşlər naziri İrana qarşı iqtisadi sanksiyaların qaldırılacağına ümid etdiyini bildirib. O, SEPAH-a sanksiya tətbiq edilməsi və onun ABŞ-ın terrorçu qruplar siyahısına salınması ilə bağlı deyib: “Biz inanırıq ki, SEPAH İranın rəsmi hərbi strukturunun bir hissəsidir və ona etiram qoyulmalıdır.”

O, nüvə sazişinin region və onun sabitliyi üçün əhəmiyyətini vurğulayaraq, Qətərin razılaşma tərəflərinin Bərcama qayıtmasını istədiyini təsdiqləyib və əlavə edib: “Biz bu prosesə kömək etməyə çalışırıq. Biz ölkələr arasında effektiv və ya formal vasitəçilik etmirik, lakin müqavilə tərəflərini bir-birinə yaxınlaşdırmağa çalışırıq.”

İbrahim Rəisinin Qətərə səfəri ilə bağlı Qətər XİN-i həmçinin bəyan edib ki, bu ölkə İran və region arasında münasibətləri yaxşılaşdırmaq istəyir və hesab edir ki, İran və Əməkdaşlıq Şurası ölkələri arasında dialoq lazımdır.

Qətərin Xarici İşlər naziri dünən Dohada keçirilən görüşdə də İranla nüvə razılaşmasının əldə olunmasının vacibliyini vurğulayıb və bildirib ki, regionda hərtərəfli təhlükəsizliyə dair digər razılaşmalara əməl olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + eleven =