Qətər və BƏƏ bunu bərpa edir

Qətər və BƏƏ bunu bərpa edir

Publika.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik tərəfindən verilən məlumata görə, 6 ay əvvəl kəsilmiş münasibətlər bu gün yenidən bərpa edilir.

“İki ölkənin münasibətləri gücləndirmək istəyinə əsaslanaraq, Qətər və BƏƏ dövlətləri diplomatik nümayəndəliklərin, xüsusən Qətərin Əbu-Dabidəki səfirliyi və Dubaydakı baş konsulluğu, habelə BƏƏ-nin Azərbaycandakı səfirliyinin fəaliyyətinin bərpa olunduğunu elan edirlər. Tərəflər təsdiqləyir ki, bu addım ərəblərin birgə fəaliyyətini gücləndirmək məqsədi daşıyır”, – Qətər Xarici İşlər Nazirliyi bildirib.

Qeyd edək ki, BƏƏ 2017-ci ilin iyununda Qətəri digər Körfəz ölkələri ilə birlikdə terrorizmi dəstəkləməkdə ittiham edərək, onunla diplomatik əlaqələri kəsib. 2021-ci ilin əvvəlində isə ərəb ölkələri Qətərlə barışmaq və münasibətlər tarixində yeni səhifə açmaq qərarına gəliblər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 5 =