Qətər və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir neçə Körfəz dövləti İsraili tanımağa hazırdır..
Bu sözləri ABŞ lideri Co Bayden Demokratlar Partiyasının Nyu-Yorkda prezident seçkiləri kampaniyası üçün vəsait toplama tədbirində deyib.
“Mən Səudiyyəlilərlə və Misir, İordaniya və Qətər də daxil olmaqla bütün digər ərəb ölkələri ilə işləyirəm. Onlar İsraili tam tanımağa hazırdırlar. Amma bunun üçün Qəzzanın müharibədən sonrakı dövrü üçün plan olmalıdır və iki dövlətli həll yolu razılaşdırılmalıdır”, deyə Ağ Evin mətbuat katibliyi AB. Prezidentindən sitat gətirib.
“Əminəm ki, İsrail qorunub saxlanıla bilsə, bunu etmək və İsrailin bütövlüyünü, İsrailin təhlükəsizliyini təmin etmək olar”, deyə Bayden çıxışında bildirib.
Qeyd edək ki, Bayden çıxış etdiyi zalın çölündə ABŞ administrasiyasının Yaxın Şərqdəki siyasətinə etiraz edənlər aksiya keçirib. Həmin gün Nyu-York İctimai Kitabxanası yaxınlığında Baydenin əleyhdarlarının mitinqi də baş tutub.