Qətər XİN: İsrail Qəzzaya dair razılaşmanın əldə olunmasına maneə törədir

Qətər XİN: İsrail Qəzzaya dair razılaşmanın əldə olunmasına maneə törədir

İsrail rəhbərliyinin mövqeyi Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin bağlanmasına mane olur.

Bu barədə Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.

“Qətər münaqişə başlayandan vasitəçi rolunu oynayıb. Biz bunu bir ildən artıqdır ki, edirik, amma təəssüf ki, razılaşma hər iki tərəfin razılığını tələb edir. Tərəflərdən biri bunu yekunlaşdırmaq istəmir. Vasitəçi olaraq nə etsək də, nəticə eyni qalır. Siz maneələrdən xəbərdarsınız. Xüsusilə də son dönəmdə İsrail tərəfi əngəl törədir”, -Başnazir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + seventeen =