Qətərdə sionistlərə nifrət: Dünya fələstinlilərin yanındadır

Qətərdə sionistlərə nifrət: Dünya fələstinlilərin yanındadır

Sionist jurnalist və yazıçı “Mixail Ahroni” israilli jurnalistlərin Qətərə səfərini tənqid edərək, ərəb və İslam ölkələrinin fələstinlilərin yanında olduqlarını və onların ideallarını unutmadıqlarını etiraf edib.

Əl-Aləm kanılının İordan çayının qərb sahilindəki müxbiri Faris Sərfəndi Dünya çempionatını işıqlandırmaq üçün Qətərə gedən israilli jurnalistlərə qarşı nifrət və ikrah hissinə işarə edərək yazıb:

Mixail Ahroni hesab edir ki, Qətərdə heç kim israilli jurnalistlərlə danışmağı qəbul etmir və heç kim onlara güvənmir, bunun bir səbəbi var və buna səbəb Netanyahu, Tramp və bəzi ərəb liderlərinin səfirliklərini Qüdsə köçürmələri, Tel-Əvivdən Əbu-Dabiyə uçuşlar haqqında nəinki israillilərə yalan danışmasıdır. Nəticədə, israillilər təhlükəsizdə olduqlarını, ərəblər və müsəlmanların onları isti qarşılayacağını zənn etdilər.

Ahroni bildirir ki, insanlar Amerikada prezidentin ölkənin səfirliyini Qüdsə köçürərkən hakimiyyətdə olduğunu və bizə əbədi olaraq Amerikanın dəstəyi altında olduğumuz hissini verdiyini və bu arada iki ildir ki, korono epidemiyası hamını evdə saxladığını unudur. Bu müddətdə Netanyahu bacardığı qədər yalan danışdı və normallaşma sazişlərini imzalamaqla Fələstin məsələsinin ortadan qalxdığını dedi. İndi isə hər şeyin üzə çıxdı və Qətərdə ərəb və müsəlmanların israilli jurnalistlərlə qarşı qəzəb və nifrəti reallığı ortaya qoydu.

Bu israilli jurnalist bir həqiqəti etiraf edir ki, bəzi insanlar israilli jurnalistlərin yalnız iranlılardan və fələstinlilərdən qaçdığını düşünür və onlarla üz-üzə gəlməməyə çalışır. Halbuki, reallıq budur ki, Qətərdə baş verən son hadisələr ərəb və müsəlmanların heç biri fələstinli qardaşlarını və onların ideallarını unutmamışlar, əksinə onları dəstəkləyir və bizə nifrət edirlər.

Görünən odur ki, Dohada israilli jurnalistlərə qarşı ictimai etirazın yaratdığı travma işğalçı rejimi və Ahroni kimilərini və digər İsrail yazarları İbrahim müqaviləsinin ərəb və müsəlman xalqlarının gözündə Fələstin və İsrail işğalı məsələsində sıfır faiz belə dəyişiklik yaratmayıb.

Qətərdə baş verən son hadisələr başqa bir reallığı da göstərdi və bu reallıq budur ki, ərəb və müsəlman xalqları işğal olunmuş ərazilərdə baş verən prosesləri televiziya ekranları və virtual şəbəkələr vasitəsilə izləyirlər və faktlar və yalanlardan yaxşı xəbərdardırlar.

Bu israilli jurnalistin fikrincə, sionistlərin ən böyük faciəsi budur ki, Netanyahu hamını aldadıb və belə bir fikir yaradıb ki, fələstinlilərdən yan keçib ərəblərə, müsəlmanlara qapı açmaq olar. Lakin Qətər hadisələri sübut etdi ki, bu anlayış batildir və heç kim israilliləri qəbul etməyəcək və onlar heç vaxt təhlükəsiz olmayacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 16 =