Qətərin əmiri Bin-Salmanla Ərdoğanın görüşü üçün vasitəçilik edir
Qətərin əmiri Təmim bin Həmd Ali-Sani Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanla Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan arasında görüşün baş tutması üçün vasitəçilik edir.
SalamNews xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” qəzeti məlumat verib.
Bildirilib ki, Qətərin əmiri Səudiyyə Ərəbistanın vəliəhdi ilə Türkiyə prezidenti arasında görüşün baş tutması üçün vasitəçilik edir.
Mənbə bildirib ki, Türkiyə ilə BƏƏ arasında gərginliklərin aradan qaldırılması və əlaqələrin bərpası kimi oxşar addımlar davam edir və Qətər bu istiqamətdə Səudiyyə ilə Türkiyə rəhbərliyi arasında vasitəçilik addımlarını atmaqdadır.
Qeyd edək ki, 2011-ci ildə “Ərəb Baharı” ilə bağlı aksiyaların və daxili çəkişmələrin baş qaldırması, ərəb dünyasında İxvanəl-Müslimin hərəkatının Türkiyə tərəfindən dəstəklənməsi ər-Riyadla rəsmi Ankara arasında gərginliklərin əsas səbəblərindən biridir.
Salamnews.org