Qətərin xarici işlər nazirinin Əli Baqiri ilə telefon danışığının təfərrüatları
İran xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Baqiri Qətərin xarici işlər nazirinin telefon zənginə cavab verərkən vurğulayıb ki, Amerika sionistləri silahla təmin etməklə bitərəf vasitəçi deyil, onların ortağıdır.
Əli Baqiri Kəni kiberməkanda öz səhifəsində yazıb: Bu gecə Qətərin baş naziri və xarici işlər nazirinin telefon zənginə cavab verərkən Qəzzada sionist soyqırımının dayandırılması üçün danışıqların ikinci gününün gedişatı ilə bağlı fikir mübadiləsi aparıldı.
O, sözlərinə belə davam etdi: Dohada bugünkü danışıqların prosesi və nəticələrinə toxunan Məhəmməd bin Əbdürrəhman Ali-Sani Qəzzada işğalçı rejimin cinayətlərinin dayandırılması üçün arxayın istinad nöqtəsi olacaq razılaşmanın əldə edilməsi yolunda son məsələlər və maneələri izah etdi.
Baqiri vurğulayıb: Sionistlərin Qəzzədəki təcavüzü və cinayətkar mahiyyətini nəzərə alaraq, danışıqlar masası arxasında Tel-Əvivi idarə edən cinayətkar dəstə və onların ən mühüm dəstəkçisi olan ABŞ-ın hiylə və vicdansızlığı barədə xəbərdarlıq etdim.
Ölkəmizin yüksək səviyyəli diplomatı qeyd edib: Amerika sionistləri döyüş silahları ilə təmin etməklə, özü tərəfsiz vasitəçi deyil, cinayət ortağıdır. Ona görə də, sionist təcavüzkarları Qəzzada qətl və cinayətləri dayandırmağa məcbur etmək üçün bütün imkanlardan istifadə edilməsini vurğuladım.