Qətifdə insanlar Səudiyyə Ərəbistanı hökuməti əleyhinə ayağa qalxdı

Qətifdə insanlar Səudiyyə Ərəbistanı hökuməti əleyhinə ayağa qalxdı

Səudiyyə Ərəbistanının Qətif bölgəsində hökumət əleyhinə aksiya keçirilib. 

 Dünən axşam saatlarında keçirilən aksiyada hökumətin Qətifdəki müqəddəs yerləri dağıtmasına, din xadimlərinin və fəalların həbs edilməsinə, bölgədə qanunsuz olaraq əyləncə mərkəzlərinin yaradılması cəhdlərinə etiraz olunub. 

 Aksiyada iştirak edənlər ABŞ, İsrail rejimi və Səudiyyə Ərəbistanı hökumətinə qarşı şüarlar da səsləndiriblər.   

Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələrinin aksiyaya müdaxilə etdiyi, lakin saxlanılanların olmadığı diqqətə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 18 =