Qəzada ayağı sındı, həkimlərin yardımından imtina etdi

Qəzada ayağı sındı, həkimlərin yardımından imtina etdi

Quba-Xaçmaz avtomobil yolunda baş verən qəzada xəsarət alan Xaçmaz sakini tibbi yardımdan imtina edib.

Bu barədə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Belə ki, Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsi ərazisində avtoqəza zamanı xəsarət alan Xaçmaz şəhər sakini, 1964-cü il təvəllüdlü Bəsti Qasimbala qızı Məmmədova Quba Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanada ona sağ bazu sümüyünün sınığı, sol diz oynağının əzilməsi diaqnozu qoyulub. Lakin o, xəstəxanada ilkin tibbi yardım göstərilməsindən imtina edib.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + eight =