Qəzada yanaraq ölənlər kütləvi məzarlıda dəfn edildi

Qəzada yanaraq ölənlər kütləvi məzarlıda dəfn edildi

Nigeriyada qanunsuz fəaliyyət göstərən neft emalı zavodunda aprelin 23-də baş verən partlayışda nəfər həlak olan 110 nəfər 3 quyuda dəfn edilib.

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə,  bu barədə rəsmi mənbələr məlumat yayıb. Mərasimdə faciə qurbanlarının qohumları iştirak etməyib.

Qeyd edək ki, Nigeriyada hər sutkada orta hesabla 200 000 barel xam neft oğurlanaraq qeyri-leqal zavodlarda emal olunaraq qara bazara çıxarılır. Bu müəssisələrdə vaxtaşırı insan ölümü ilə nəticələnən qəzalar baş verir. 1998-ci ildə neft kəmərində baş verən qəza mindən çox insanın həyatına son qoymuşdu.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 14 =