Qəzzə Müqaviməti “yer-dəniz” tipli raketini sınaqdan keçirib

Qəzzə Müqaviməti “yer-dəniz” tipli raketini sınaqdan keçirib

Qəzzədə müqavimət qüvvələri çərşənbə axşamı “yer-dəniz” tipli raketi sınaqdan keçirib.

Qəzzədəki xəbər mənbələri bu gün (çərşənbə axşamı) bu bölgənin sahillərində raket sınağı barədə məlumat yayıb.

Şahab News saytının məlumatına görə, bu sınaq müqavimətin müdafiə və raket imkanlarını inkişaf etdirmək məqsədilə bu gün səhər saatlarında həyata keçirilib və Aralıq dənizi istiqamətində bir neçə raket atılıb.

Müqavimət qüvvələrinin vaxtaşırı “yer-dəniz” raketlərinin sınaqdan keçirilməsinin təsiri o dərəcədədir ki, 2022-ci ilin martında Qəzzədə üç günlük döyüşdə (Meydanların vəhdəti) sionist rejimin döyüş gəmiləri döyüşlərdə iştirak etməyib və Qəzzə sahillərinə yaxınlaşmayıb.

Bu mənbələrə görə, işarələr sionist rejimin “Sərayəl-Qüds” qruplaşmasının (Fələstin İslami Cihadının hərbi qolu) həmin döyüşdə sahil-dəniz raketlərinin olmasından qorxduğunu göstərir.

Bu baxımdan İslami Cihadla bağlı mənbələr Əl-Məyadin şəbəkəsi ilə müsahibədə bu cür raketlərə malik olduğunu təkzib və ya təsdiqləməyiblər, lakin bildiriblər ki, İslami Cihad, şübhəsiz ki, sionist rejimlə balansı pozan silahlara malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =