Qəzzə sakinlərinin vəziyyətini yaxşılaşdırmaq üçün Gantzin iki şərti
Sizinyol xarici mediaya istinadən xəbər verir:
İsrail Hərbi naziri Tel-Əvivin Qəzzə sakinlərinin vəziyyətini yaxşılaşdırmağa hazır olduğunu iddia edərək iki şərt irəli sürdü.
İsrailin Hərbi naziri Benni Gantz bazar ertəsi axşamı özünün Twitter hesabında BMT-nin Yaxın Şərqdə Sülh məsələləri üzrə nümayəndəsi Nikolay Mladinovla görüşdüyünü açıqladı.
Gantz: “Bu axşam Nikolay Mladinovla görüşdüm və fələstinlilərlə təhlükəsizlik və şəhər koordinasiyasının bərpasında iştirakına görə təşəkkür etdim.” – dedi.
Həmçinin, Gantz əlavə etdi: “İsraillə uzunmüddətli sülh və əsir götürülən əsgərlərin geri qaytarılması mövzusunda bir razılığa gəldikləri təqdirdə Qəzzə xalqının vəziyyətini yaxşılaşdırmağa hazır olduğumuzu vurğulayıram.”