Qəzzə tərəfdarı iranlı musiqiçi Fransa repressiyasının qurbanı oldu

Qəzzə tərəfdarı iranlı musiqiçi Fransa repressiyasının qurbanı oldu

Keçən həftə, İsrailin Qəzzəyə qarşı müharibəsinin əleyhinə keçirilmiş aksiyada Fransa dövlətinin Fələstin tərəfdarlarına qarşı davam edən repressiyalarının qurbanına çevrilmiş İran vətəndaşı həbs edilib. Ona qarşı ediliş bu ədalətsiz rəftar geniş qınaqla qarşılanıb.

Tanınmış musiqiç və incəsənət xadimi Bəşir Biazar Fələstin məsələsini müdafiə etdiyinə və Qəzzədə törətdiyi soyqırıma görə İsrailə qarşı çıxdığı üçün “terrorçuluğu dəstəkləməkdə” və “ictimai fikir ayrılığına səbəb olmaqda” ittiham olunaraq son bir həftədir ki, Fransa həbsxanasında saxlanılıb.

Əvvəllər İran Radio Televiziya Yayımlarının (İRİB) Tehrandakı Musiqi və Mahnı Departamentinin prodüser meneceri olan Biazar iyunun 4-də heç bir izahat və ya order olmadan Fransa polisi tərəfindən Parisə çağırılıb.

Şəxsi mənbələrin və şahidlərin bildirdiyinə görə, o, polis bölməsinə gəldikdən dərhal sonra həbs edilib və yaşayış yerindən 100 kilometr uzaqlıqda yerləşən qeyri-qanuni miqrantlar üçün saxlanma məntəqəsinə köçürülüb.

Biazara qarşı irəli sürülən ittihamlarla bağlı Fransa hökuməti və ya polisindən heç bir rəsmi açıqlama verilməyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü və ölkənin yüksək səviyyəli insan haqları rəsmiləri də daxil olmaqla, bir çox rəsmilər həbsi beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirmiş və qəti şəkildə pisləyiblər.

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni bu məsələni diplomatik kanallar vasitəsilə araşdıdığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − 3 =