Qəzzə zolağında çoxsaylı partlayışlar olub

Qəzzə zolağında çoxsaylı partlayışlar olub

Bəzi xəbər mənbələri sionist rejim qırıcılarının Qəzzənin şimal-qərb bölgələrinə hücumundan xəbər verir.

İsrail ordusu da Qəzzə zolağında əraziləri bombaladığını açıqlayıb.

Məlumata görə, İsrail pilotsuz təyyarəsi Qəzzə şəhərinin şimal-qərbindəki bir yerə raket zərbəsi endirib.

Fələstin mediası həmçinin Qəzzə zolağında bir neçə bölgədə bir neçə partlayışın baş verdiyini bildirib.

Bu gün Fələstin müqavimət qrupları Qəzzə zolağı ətrafında sionist rejimin mövqelərinə doğru 20-dən çox raket atıblar və Dəmir Günbəz sistemi bütün raketləri zərərsizləşdirə bilməyib və raketlərin bir qismi işğalçı sionistlərin əyalətdəki evlərinə düşüb və “Sədirut” qəsəbəsində yanğına səbəb olub.

Bu raketlərin atılmasından sonra 7 israilli mühacir yaralanıb və onlardan birinin vəziyyətinin çox ağır olduğu bildirilir. Sionist rejimin sözçüsü Qəzzədən işğal olunmuş Fələstin ərazilərinə doğru 22 raket atıldığını, onlardan 4-nün zərərsizləşdirildiyini açıqlayıb.

Həmişə olduğu kimi bu sionist məmur daha 16 raketin qeyri-yaşayış sahələrinə düşdüyünü iddia edib, lakin dərc edilən şəkillər bu hücumlar nəticəsində çoxlu sionist evlərinin ziyan gördüyünü və dağıldığını göstərir.

Fələstin müqaviməti bəyanat yayaraq, bu hücumun Fələstin İslami Cihad hərəkatının yüksək səviyyəli üzvü “Xızır Ədnanın” şəhadətinə cavab olaraq həyata keçirildiyini açıqlayıb. Müqavimət qrupları bu rejimin istənilən axmaqlığına cavab verəcəklərini vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − seventeen =