Qəzzə zolağında “Sərayəl-Qüds”ün sionist rejimə xəbərdarlıq təlimi – Foto/Video
Fələstin İslami Cihadının hərbi qanadı sionist rejimə xəbərdarlıq oalraq Qəzzə zolağında keçirdiyi son təlimin görüntülərini yayıb.
İslami Cihadın hərbi qanadı “Sərayəl-Qüds”ə bağlı bir neçə hərbi təşkilatın iştirakı ilə bu həftə Qəzzədə “Əzmus-Sadiqin” adlı təlim keçirilib.
Palestine Today-in məlumatına görə, “Sərayəl-Qüds” döyüş hazırlığının artırılması çərçivəsində keçirilən xəbardaredici təlimin video və görüntülərini yayıb.
Təlimin sonunda “Sərayəl-Qüds”ün hərbi sözçüsü Əbu Həmzə qüvvələrin atəşin dəqiqliyi, döyüş hazırlığı və meydandakı performansının gücləndirilməsi üzrə yaxşı nəticələr verdiyini açıqlayıb.
O, “Sərayəl-Qüds”ün axmaq düşmənlə qarşılaşmağa, məhbuslar, Fələstin xalqı və ziyarətgahlarına dəstək olmağa hər zaman hazır olduğunu vurğulayıb.