Qəzzə zolağının şimalında baş verən yanğında 21 fələstinli həlak olub

Qəzzə zolağının şimalında baş verən yanğında 21 fələstinli həlak olub

Fələstin mediası cümə axşamı gecə Qəzz’ zolağının şimalında baş verən yanğın nəticəsində 21 nəfərin həlak olduğunu bildirib.

Əl-Cəzirə telekanalına istinadən verilən məlumata görə, Fələstindəki xəstəxana mənbəsi bu şəxslərin öldüyünü təsdiqləyib və hadisənin Qəzza zolağının şimalındakı Cəbəliya düşərgəsindəki yaşayış kompleksində baş verdiyini açıqlayıb.

Hələlik xəstəxana mənbələri bu hadisənin səbəbi barədə heç nə qeyd etməyiblər.

Qəzza polisinin rəisi Əl-Cəzirə telekanalına bildirib ki, araşdırma qrupu hadisənin səbəbini müəyyən etmək üçün hadisə yerindədir.

Fələstin Muxtariyyət Təşkilatının başçısı Mahmud Abbas bir gün ictimai matəm elan edib və bu hadisə qurbanlarının xatirəsini yad etmək üçün bayraqların yarıya endirilməsini əmr edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 5 =