Qəzzədə daha bir gənc şəhid olub və şəhidlərin sayı 49 nəfərə yüksəlib

Qəzzədə daha bir gənc şəhid olub və şəhidlərin sayı 49 nəfərə yüksəlib

Fələstin mənbələri Qəzzədə son döyüşdə aldığı yaranın şiddəti nəticəsində bir gəncin şəhid olması barədə məlumat yayıb.

Xan Yunisdən olan 22 yaşlı “Ənəs Xalid Ənşasi” adlı fələstinli gənc Qəzzədə son döyüşdə aldığı xəsarətin ağırlığı nəticəsində bu cümə günü şəhid olub.

Bu gənc fələstinlinin şəhadəti 12 yaşlı fələstinli qız Lian Əş-Şairin Qəzzədə üç günlük müharibədə aldığı ağır xəsarətlər səbəbindən şəhid olduğu bir vaxta təsadüf edir.

 “Ərəb 48” saytının məlumatına görə, bu gəncin şəhadəti ilə Qəzzədə 3 günlük müharibədə şəhid olanların sayı 49 nəfərə çatıb, bundan əlavə, 360-dan çox insan yaralanıb ki, onların əksəriyyətinin vəziyyəti kritikdir.

Bu fələstinli gənc müvəqqəti sionist rejimin Qəzzə zolağının cənubunda yerləşən Xan Yunisin şərqində bir qrup gəncə qarşı hava hücumu nəticəsində yaralanıb.

Bu ilin əvvəlindən sionist rejim 82-si İordan çayının qərb sahilində və 50-si Qəzzə zolağında olmaqla 132 fələstinlini şəhid edib.

Bununla əlaqədar BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet Qəzzədə 3 günlük müharibədə bir neçə fələstinli uşağın şəhid olmasından narahatlığını bildirib.

Qəzzədə son döyüşdə 17 uşaq şəhid olub, iki yeniyetmə də Nablus və Hebronda sionist əsgərlər tərəfindən şəhid edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =