Qəzzədə Fələstin müqaviməti ilk dəfə stingerə bənzər raketlərindən istifadə edib

Qəzzədə Fələstin müqaviməti ilk dəfə stingerə bənzər raketlərindən istifadə edib

Fələstin müqaviməti sionist rejim qırıcıları ilə qarşıdurma zamanı ilk dəfə olaraq çiyindən atılan stinger tipli raketlərindən istifadə edib.

Bu səhər (çərşənbə axşamı) Qəzzə zolağının cənub səmasında  İsrail qırıcı və pilotsuz təyyarələrinin çoxsaylı uçuşu müşahidə edilib. Hücumlar Fələstin müqavimət qüvvələrinin cavabı ilə müşayiət olunub.

Əl-Məyadin-in məlumatına görə, Fələstin müqavimət qüvvələri Tel-Əviv qırıcılarının qarşısını almaq üçün ilk dəfə olaraq stinger tipli raketlərindən istifadə edib.

Fələstin Müqavimət Qüvvələrinin mənbələri Əl-Məyadin-ə bildiriblər ki, sionist rejimin Qəzzədəki münaqişə qaydalarından çıxması bizim cavabımızla müşayiət olunacaq və vəziyyətin gərginləşməsinə gətirəcək.

Bu arada Fələstindəki “Şəhid İzzəddin əl-Qəssam” hərbi qanadının hava hücumundan müdafiəsi İsrail qırıcılarına qarşı yer-hava raketlərindən istifadə edir.

Dünən (bazar ertəsi) Əl-Məyadin müxbiri Qəzzə zolağının cənubunda partlayış səsinin eşidildiyini bildirib. Buna cavab olaraq İsrail mənbələri Fələstinin yaşayış məntəqələrinə ən azı bir raket atdıqlarını deyiblər.

Fələstin müqavimət qrupları bundan əvvəl bəyan etmişdilər ki, sionist rejimin təcavüzünə qarşı durmağa tamamilə hazırdırlar və sionistlər təcavüzün nəticələrinə görə bütün məsuliyyəti öz üzərinə götürməlidirlər.

Həmçinin, Fələstin müqavimət qrupları Qəzzəyə qarşı hücumlarını davam etdirdiyi üçün işğalçı rejimlə sıx qarşıdurma barədə xəbərdarlıq ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − fourteen =