Qəzzədə şəhidlərin sayı 15 nəfərə yüksəlib
Fələstinin Qəzzə zolağındakı Səhiyyə Nazirliyi ardıcıl ikinci gündür sionist rejimin hücumları nəticəsində şəhid olanların sayının artdığını açıqlayıb.
Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi cümə günündən (dünəndən) sionist rejimin Qəzza zolağına hücumları nəticəsində 15 nəfərin şəhid olduğunu bildirib.
Fələstin Əl-Yəvm kanalının hesabatına görə, Qəzzənin Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, bu şəhidlər arasında beş yaşlı qız, 23 yaşlı qadın var və bundan əlavə 125 nəfər də yaralanıb.
Qəzzə zolağına qarşı hücumların ikinci günündə sionist rejim fələstinlilərin evlərini dağıtmağa başlayıb və bu rejim qırıcıları Qəzzə zolağında üç fələstinlinin evini bombalayıb.
Həmçinin, Qəzzə zolağının cənubundakı Xan Yunisdə yerləşən Bəni-Süheylada iki fələstinli evi bombalanıb.