Qəzzədə “Səudiyyə cəmiyyəti”nin fitnəsi və HƏMAS-ın müqavimətə dəstəyi
Səudiyyə cəmiyyətinin Qəzzədə Səudiyyə liderlərini təhqir etməsindən sonra, Həmas rəsmi bəyanatında İran və Hizbullah da daxil olmaqla müqavimətin tərəfdarlarına təşəkkür edib və bu addımları pisləyib.
Təxminən iki həftə əvvəl Qəzzə zolağının əhalisi İslami Cihad hərəkatının dəvəti ilə Səudiyyə koalisiyasının Yəməndəki cinayətlərini və bu ölkənin kütləvi bombardmanını pisləmək üçün böyük bir nümayiş keçirmişdi.
Əl-Əxbarın məlumatına görə, nümayiş Səudiyyə rəsmilərini qəzəbləndirib və onlar Ramullahda bəzi müxtariyyət təşkilatı rəsmiləri ilə danışıqlarda öz narahatlıqlarını bildiriblər. Onlar Bin Baz xeyriyyə cəmiyyəti və Sələfi icması da daxil olmaqla, onlara yaxın qruplara nümayişləri pisləməyi və təşkilatçıların imicini ləkələməyi tapşırıblar.
Nümayişlərə cavab olaraq, Bin Baz qruplaşması Səudiyyə ilə əlaqəsi olan sələfi fiqurları sayəsində Qəzzə zolağında əvvəlcədən hazırlanmış plan çərçivəsində toplaşıb. Mitinqdə İran, Hizbullah, Suriya hökuməti və müqavimət liderləri əleyhinə şüarlar səsləndirilib. Bundan əlavə, Hizbullahın Baş katibi Seyid Həsən Nəsrullah və Şəhid Qasım Süleymaninin də olduğu bəzi müqavimət liderlərinin şəkilləri yandırılıb.
Əl-Əxbar əlavə edib ki, Həmas rəsmi bəyanat yayaraq bu addımları pisləyib: “Bu, Fələstin xalqının dəyərlərinə ziddir. Bizim və millətin yeganə düşməni sionist işğalçıdır.“
HƏMAS vurğulayıb: “İran İslam Respublikası və Hizbullahın Fələstin müqavimətinə dəstək verməsinə minnətdarıq və bu, təqdirəlayiqdir. Həmas Fələstin və müqavimətin bütün tərəfdarlarına sadiq qalır.”