Qəzzədə sionist cinayətlərinin son statistikası: 29 nəfər, o cümlədən, 6 uşaq şəhid olub

Qəzzədə sionist cinayətlərinin son statistikası: 29 nəfər, o cümlədən, 6 uşaq şəhid olub

Qəzzənin Səhiyyə Nazirliyi sionist cinayətlərinin son statistikasını açıqlayaraq şəhidlərin sayını 29 nəfər təşkil edib.

Qəzzənın Səhiyyə Nazirliyi bir elanda sionist rejimin son üç gündə Qəzzə bölgəsinə hücumlarının 29 nəfərin şəhid olması ilə nəticələndiyini bildirib.

Əl-Məyadinin məlumatına görə, bu elana əsasən, bu şəhidlər arasında altısı uşaq, üçü qadındır və indiyədək daha 93 nəfər yaralanıb.

Bununla əlaqədar olaraq, Sionist Rejimin Cinayətlərinin Sənədləşdirilməsi və Təqibi üzrə Müstəqil Komitənin (Tövsiq komitəsi) sədr müavini Yaqub Əl-Qəndur bu gün keçirdiyi mətbuat konfransında vurğulayıb ki, Çərşənbə axşamı səhəri uşaqlar, qadınlar və mülki şəxslərin hədəfə alınması başlanmışdır və bu hərbi cinayət sayılır. İşğalçı rejimin liderləri mühakimə olunmalıdır.

 İsrail döyüş təyyarələrinin davamlı hücumları nəticəsində çoxlu silahsız mülki şəxs, uşaq və qadın həlak olub və yaralanıb. Bu hücumlar İsrailin fələstinli mülki şəxslərin həyatına etinasızlığının və onlara zərər vurmaqda israrının ən yüksək səviyyəsini göstərir.

Müvəqqəti Sionist rejiminin qəddar təcavüzü bu gün, cümə axşamı ardıcıl üçüncü gündür ki, davam edir və sionistlər Qəzzə zolağında müqavimət mövqelərini hədəfə alırlar.

Sionistlərin təcavüzünün ikinci günündə Fələstin müqaviməti sionistlərə qarşı raketlər cavab verməyə başlayıb və bu ana qədər də davam edir.

Son statistik məlumatlara görə, 19 yaşayış məntəqəsi tamamilə dağılıb. Həmçinin 28 evə ciddi, 286 evə isə qismən ziyan dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + eighteen =