Qəzzədə uşaq xəstəxanası və yaşayış evlərinə ziyan dəyib

Qəzzədə uşaq xəstəxanası və yaşayış evlərinə ziyan dəyib

Yerli mənbələr fələstinlilərin evlərinin dağıdıldığı və Qəzzədə ixtisaslaşmış uşaq xəstəxanasına ziyan vurulduğunu bildirib.

Mehr Xəbər Agentliyinin məlumatına görə, yerli mənbələr sionist rejimin F-16 qırıcılarının Qəzzə zolağında bir sıra bölgələrə hücumlarından sonra bu bölgələrin sakinlərinin yaşayış evlərinin dağıdıldığını elan ediblər.

Bu xəbərə əsasən, sionist rejim qırıcıları Rafah şəhərinin cənubunda bir əkinçilik ərazisini bombalayıblar. Bu qırıcılar həmçinin 12 raket ataraq Ət-Tuffahın şərqindəki bir bölgəni hədəfə alıblar.

Sionist rejim ordusunun hava hücumları Ət-Tuffah bölgəsində Şəhid Məhəmməd Əd-Durə adına uşaq xəstəxanasını dağıdıb və bu xəstəxananın xəstələri arasında çaxnaşma yaranıb.

Sionist rejim qırıcıları Qəzzə zolağının cənubundakı Xan Yunis şəhərinin qərbinə 4 raket atıb, nəticədə fələstinlilərin evlərinə ziyan dəyib.

Bu, sionist rejimin Qəzza sakinlərinə qarşı yeni cinayətidir belə ki, bu rejimin təcavüzü zamanı yaşayış evləri və xəstəxanalar da qırıcıların hədəfinə çevrilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − eight =