“Qəzzədə xəstəxanalar qanuni hərbi hədəfdir”

“Qəzzədə xəstəxanalar qanuni hərbi hədəfdir”

Qəsbkar rejim Qəzzədə xəstəxana və təcili yardım maşınlarınının HƏMAS tərəfindən istifadə olunduğunu iddia edərək, onların qanuni hərbi hədəf olduqlarını açıqlayıb.

Qəzzədə dinc əhalinin qətliamına görə beynəlxalq ictimaiyyətin qınağına tuş gələn İsrail rejiminin Hərb Nazirliyi iddia edib ki, HƏMAS guya silahlarını daşımaq üçün təcili yardım maşınlarından istifadə edir və döyüşçüləri mülki şəxslər kimi gizlətmək üçün xəstəxanalardan istifadə edir.

Beynəlxalq təşkilatlar Qəzzədə dəfələrlə İsrail tərəfindən xəstəxanalara və təcili yardım maşınlarına hücumlar barədə məlumat veriblər. Belə ki, şənbə günü, noyabrın 11-də Sərhədsiz Həkimlər Təşkilatı Qəzzədə “Əl-Şifa” xəstəxanasının doğum şöbəsinə edilən hücumlardan danışıb. Xəstəxananı boşaltmağa çalışan insanlar atəşə tutulub. Noyabrın əvvəlində İsrail özü də təcili yardımı vurduğunu etiraf edərək, maşının HƏMAS döyüşçüləri tərəfindən idarə edildiyini iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 9 =