Qəzza əsirlərindən əlavə, 12 min fələstinli əsir var!

Qəzza əsirlərindən əlavə, 12 min fələstinli əsir var!

Fələstinli Əsirlər Komitəsinin sədri Qədura Fares sionist rejimin həbsxanalarındakı fələstinli məhbusların sayının Qəzzadakı məhbuslar nəzərə alınmadan 12 min nəfərə yaxın olduğunu bildirib.Fares deyib: Bu bir haldadır ki, oktyabrın 7-dən əvvəl işğalçı rejim zindanlarında olan fələstinli məhbusların sayı 5000 nəfər idi.

Fares vurğulayıb: Fələstinli məhbusların sayı keçən il oktyabrın 7-dən sonra 130% artıb. İşğalçılar fələstinli məhbuslara qəsdən işgəncə verir və onları sıxışdırırlar; Bu məsələ 16 fələstinli məhbusun şəhid olmasına səbəb olub.

Fələstinli Əsirlər Komitəsinin sədri əlavə edib: Qəzzadan olan məhbusların sayını heç kim bilmir. Ötən qış fələstinli məhbuslar üçün 1967-ci ildən bəri ən ağır qış olub.

Qadura Fares bildirib: İşğalçılar fələstinli əsirlərin paltarlarını soyundurur və onları ən sadə hüquqlardan belə məhrum edirlər!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 7 =