Qəzza hələ də İsrailin atəşi altındadır – Mühasirə davam etdiyi üçün Qəzza sakinləri şiddətli aclıqla üzləşiblər

Qəzza hələ də İsrailin atəşi altındadır – Mühasirə davam etdiyi üçün Qəzza sakinləri şiddətli aclıqla üzləşiblər

Mühasirə və şiddətli aclıq bu bölgə sakinlərinin həyatını ciddi təhlükə qarşısında qoyduğu halda, İsrail ordusunun Qəzza zolağına hücumları davam edir.

İsrail rejiminin Qəzza zolağına hücumlarının bərpasının 54-cü günündə Fələstin hökumətinin Qəzza zolağındakı media ofisi cinayətləri sənədləşdirmək və rejim liderlərini cəzalandırmaq üçün müstəqil faktaraşdırıcı qrupun göndərilməsini istəyib, həmçinin Birləşmiş Millətlər Təşkilatı və Təhlükəsizlik Şurasını dərhal müdaxilə etməyə və bölgə sakinlərini ac saxlamaq siyasətini dayandırmağa çağırıb.

Bu tələb Qəzza keçidlərinin bağlanmasından yetmiş gün sonra edilib və aclığın getdikcə on minlərlə fələstinli ailəni risk altına atdığı, qidaların tükəndiyi, səhiyyə xidmətlərinin bağlandığı, dərman və tibbi avadanlıq çatışmazlığının olduğu bir vaxta təsadüf edir.

Əl-Əqsa Şəhidləri Xəstəxanasının sözçüsü Xəlil əl-Dəqran bildirib ki, yanacaq çatdırılmasa, bir sıra xəstəxanalar bağlanacaq.

O, Qəzza xəstəxanalarında dərman və tibbi ləvazimat çatışmazlığı barədə məlumat verib və Qəzza xəstəxanalarında günəş panellərinin hədəfə alınmasına, həmçinin uşaqlarda ciddi qida çatışmazlığına işarə edib.

Birləşmiş Millətlər Təşkilatı Qəzzanın blokadasının tamamilə aradan qaldırılması və humanitar yardımın bölgəyə daxil olmasına icazə verilməsinin vacibliyini vurğulayaraq, Qəzzaya yardımın çatdırılmasında hər hansı bir gecikmənin ciddi nəticələr doğuracağını bildirib.

İRNA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 1 =