Qəzza ilə bağlı danışıqların bir neçə mərhələsi Qahirədə keçiriləcək
Yaxın vaxtlarda Misirin paytaxtı Qahirədə Qəzza zolağında atəşkəslə bağlı danışıqların bir neçə yeni mərhələsi keçiriləcək.
APA xəbər verir ki, bu açıqlama ilə Misirin “Əl-Qahira əl-İxbəriyyə” telekanalı çıxış edib.
Kanalın mənbələri hesab edir ki, məsləhətləşmələr zamanı tərəflər sövdələşmənin yekun detalları barədə məhz Qahirədə razılığa gələcəklər.
“İsrail və HƏMAS hərəkatı arasında dolayı danışıqlarda vasitəçilik edən həm Misir, həm də Qətər Qəzzada ən qısa zamanda atəşkəs sazişinin bağlanması üçün hər cür səy göstərir”, – deyə telekanal bildirib.