Qəzza müharibəsi İsrail iqtisadiyyatına 67 milyard dollar zərbə vurub
Sionist rejim iqtisadçıları cümə axşamı bildiriblər ki, Qəzza müharibəsi işğalçı İsrail rejimi iqtisadiyyatına 67,3 milyard dollardan çox ziyan vurub.İsrailin Leomi bankının keçmiş rəhbəri Rakfat Rusak Aminoç, sionist rejimin Kanalı 12 şəbəkəsinə müsahibəsində deyib: “Müharibə artıq İsrail iqtisadiyyatına 67,3 milyard dollardan da çox zərər vurub. Müdafiə qurumları büdcələrində illik ən azı 5,39 milyard dollar artım istəyirlər.”
O əlavə edib: “Büdcə kəsiri bu rəqəmlərdən xeyli çoxdur…”
Sionist rejimin Mərkəzi Bankının keçmiş rəhbəri Jacob Frankel də iyul ayında bu rejimin büdcə kəsirinin 8,1%-ə çatdığını bildirib.