Qəzza müqavimətinin dənizə doğru yeni raket sınağı

Qəzza müqavimətinin dənizə doğru yeni raket sınağı

Qəzza zolağında Fələstin müqaviməti hərbi gücü inkişaf etdirmək və işğalçı rejimlə qarşıdurma hazırlığını artırmaq məqsədi ilə dənizə doğru yeni raket sınağı keçirib.

Əl-Məyadin kanalının müxbiri bildirib ki, Qəzza zolağında Fələstin müqaviməti hərbi gücünün inkişafı çərçivəsində avqustun 27-i bazar günü səhər dənizə doğru raket atıb.

Əl-Məyadin müxbiri öz hesabatında əlavə edib: Fələstin müqaviməti hərbi qüdrətini hazırlamaq və inkişaf etdirmək və dəqiqliyini artırmaq prosesinin bir hissəsi olaraq dənizə doğru bu raket sınağını həyata keçirib.

Avqustun 17-də Fələstin xəbər agentlikləri Qəzza zolağında fələstinlilərin müqavimətinin işğalın fələstinli məhbuslara, xüsusilə Nəqib səhra həbsxanasına qarşı amansızlığının artması səbəbindən böyük bir raket manevri həyata keçirdiklərini bildiriblər.

Fələstinin “Səfa” xəbər agentliyi isə müqavimət mənbələrinə istinadən xəbər verir ki, müqavimət bu təlimdə dənizə doğru “Əyaş 250” raketləri də daxil olmaqla 50-dən çox raket atıb.

Ötən aylarda Fələstin müqaviməti işğalçı rejimlə gələcək qarşıdurmaya hazırlığını göstərmək üçün vaxtaşırı dənizə doğru raket sınaqları keçirib.

Bu hərbi manevrlər sionist rejimin Fələstinin şəhər və qəsəbələrinə dəfələrlə hücumları fonunda baş verir. Dünən axşam saatlarında Tulkərim şəhəri və düşərgəsinə hücum edən işğalçı qüvvələr müqavimət döyüşçüləri ilə qarşılaşaraq geri çəkilməyə məcbur olublar.

Dünən Sarayəl-Qüds batalyonu Tulkərimdə elan edib ki, Əl-Madaris, Əl-Bəlavənə və Ər-Rubayiə və digər istiqamətlərdə işğalçı qüvvələri silahlar və partlayıcı maddələrlə komleks şəkildə hədəfə ala bilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + seven =