Qəzza qətliamı: 16 480 uşaq qətli, 17 min yetim

Qəzza qətliamı: 16 480 uşaq qətli, 17 min yetim

“İsrail qəsdən fələstinli uşaqların kütləvi qətlini törədir və keçən ilin 7 oktyabrından bəri təxminən 16 480 fələstinli uşağı öldürüb”.

Bu barədə Qəzza sektorundakı KİV üzrə Hökumət Bürosunun Baş direktoru İsmayıl əl-Səvabitəh bildirib.

O, deyib ki, İsrail bilərəkdən hədəf olaraq uşaqları seçir – İsrail Qəzzada fələstinli uşaqları qəsdən, ictimai şəkildə və kütləvi qətlə yetirir.

“İndiyədək həlak olan uşaqların sayı 16 480-ı keçib. Bu uşaqlardan 115-i bu müharibə zamanı dünyaya göz açmış və nəticədə də öldürülmüş körpələrdir (53 oğlan, 62 qız)”, – deyə o qeyd edib.

Qəzzalı rəsmi bəyan edib ki, 2023-cü il 7 oktyabrdan bəri Qəzza, rəsmi rəqəmlərə əsasən, 35 uşaq aclıqdan ölüb; 3500 uşaq isə hazırda aclıq səbəbi ilə ölüm təhlükəsi ilə üz-üzədir.

“Qəzzadakı 17 mindən çox fələstinli uşaq valideynlərsiz və ya bir valideyn olmadan yaşayır”, – deyə o əlavə edib və vurğulayıb ki, bu uşaqların valideynləri və ya valideynlərindən biri son müharibə zamanı İsrail tərəfindən qətlə yetirilib.

“İsrail fələstinli valideynləri onların övladlarının gözləri önlərində öldürüb”, – deyə o bildirib və əlavə edib ki, bu, uşaqların psixoloji sarsıntlar yaşamasına səbəb olur.

Xatırladaq ki, ən son rəsmi məlumatlara əsasən, 318 gün ərzində Qəzza sektorunda İsrail tərəfindən 40 139 günahsız qəzzalı qətlə yetirilib, 92 743 nəfər isə xəsarət alıb. Təxminən 10 min Qəzza sakini isə itkin düşüb.

Az.Shafaqna.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + eight =