Qəzza şəhidlərinin sayı 48 min 329-a çatıb

Fələstin Səhiyyə Nazirliyi Qəzzada şəhid sayının 48 min 329-a yüksəldiyini açıqlayıb.
Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, Fələstin Səhiyyə Nazirliyi bu gün (22 fevral)elan edib: Son 48 saatda 7-si dağıntılar altından cəsədləri tapılan şəhid, 1 nəfər döyüşdə aldığı yaralar nəticəsində həyatını itirib, 2 nəfər isə Qəzza zolağında yeni şəhid olub.
Belə ki, işğalın davamlı hücumları nəticəsində 7 oktyabr 2023-cü ildən Qəzzaya qarşı döyüşdə şəhid olanların sayı 48 min 329-a, yaralıların sayı isə 111 min 753-ə yüksəlib.
Qəzza zolağında 14 mindən çox şəhidin cəsədi hələ də dağıntılar altındadır.