Qəzza və İordan çayının qərb sahilində şəhidlərin sayı 151 nəfərə çatıb

Qəzza və İordan çayının qərb sahilində şəhidlərin sayı 151 nəfərə çatıb

Fələstin Səhiyyə Nazirliyi son bir ildə 151 fələstinlinin İordan çayının qərb sahili və Qəzzə zolağında sionist rejim tərəfindən şəhid edildiyini açıqlayıb.

Əhd xəbər saytının bu gün (çərşənbə) verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyi bu səhər Cənin şəhərindəki “Əl-Cumlə” keçid məntəqəsində iki fələstinli gəncin şəhadəti ilə şəhidlərin sayının artdığını açıqlayıb. Qəzzə zolağı və Qərb Sahilində ilin əvvəlindən bu yana şəhidlərin sayı 151 nəfərə çatıb.

Səhiyyə Nazirliyi bu şəhidlərdən 100-nün İordan çayının qərb sahilindən, 51-nin isə Qəzzə zolağından olduğunu açıqlayıb.

Cənin şəhərinin şimalındakı “Əl-Cumlə” keçid məntəqəsində fələstinli döyüşçülərlə sionist rejim qüvvələri arasında səhər tezdən toqquşma zamanı Kəfərzan qəsəbəsindən “Əhməd və Əbdürrəhman Abid” adlı iki fələstinli döyüşçü şəhid olub.

Fələstinli döyüşçülər bu gün səhər sionist rejimin bu nəzarət-buraxılış məntəqəsinə hücum edərək sionist əsgərlərlə toqquşublar. Bu qarşıdurmada sionist rejimin bir neçə əsgəri yaralanıb və bir sionist zabit də öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + three =