Qəzza xalqının qanı Qüdsün azad edilməsini sürətləndirəcək

Qəzza xalqının qanı Qüdsün azad edilməsini sürətləndirəcək

İran prezidenti İbrahim Rəisi ABŞ prezidenti Co Baydenin İsrailə dəstək bəyanatlarını “mürtəce, antidemokratik və qeyri-insani” adlandırıb.

“Amerikalılar bu suala cavab verməlidirlər: Bu cür ifadələr hansı beynəlxalq hüquqa, razılaşmaya və ya qaydaya uyğun gəlir?”, –  Rəisi Baydenin “İsrail olmasaydı, biz onu uydurmalıydıq” iddiasına cavab olaraq deyib.

O, Baydenin şərhlərinin həm də bölgədəki müsəlman dövlətləri üçün “xəbərdarlıq” rolunu oynadığını bildirib.

“Bu cür ifadələr göstərir ki, ABŞ üçün İsrailin qorunub saxlanması insanların, xüsusilə də qadınların və uşaqların həyatınından daha vacibdir”. Qəzzada bu bölgənin məzlum xalqına qarşı baş verənlər müharibə cinayətlərinin və insanlığa qarşı cinayətlərin bariz nümunəsidir”, – Rəisi qeyd edib.

“Biz əminik ki, Qəzzanın məzlum xalqının haqsız yerə tökülən qanları İsrailin süqutunu və müqəddəs Qüdsün azad edilməsini sürətləndirəcək”, – İran prezidenti əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − nine =