Qəzza zolağında sionist hərbçilərin sayı azalır

Sionist medialar İsrail ordusunun Qəzza zolağında hərbi qüvvələrinin sayını azalmasından xəbər verir.
Sizinyolun bu gün (11 fevral) xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, İsrail ordusu bu yaxınlarda 99-cu Ehtiyat Diviziya və Harel Ehtiyat Briqadası da daxil olmaqla ehtiyat qüvvələrini Qəzza zolağından çıxarıb.
Məlumata görə Qəzza zolağında sionist hərbi qüvvələrinin azalması işğalçıların Netsarim oxundan tamamilə geri çəkilməsindən sonra baş verib.
Hazırda sionist hərbçilərin yalnız iki bölməsi Qəzza zolağında yerləşdirilib və bu, 7 oktyabr 2023-cü ildən bəri ən aşağı rəqəmdir.