Qəzza zolağında sionist pilotsuz təyyarə vurulub və işğalçıların Merkava tankı məhv edilib
Qüds Briqadaları Xan Yunisdə sionistlərin pilotsuz təyyarəsin vurulduğunu elan edərkən, Qəssam Briqadaları Deyrəl-Bələhdə sionist rejimin Merkava tankını məhv etdiyini açıqlayıb.
Mehr xəbər agentliyinin Əl-Məyadin-ə istinadən verdiyi məlumata görə, Qüds Briqadaları Xan Yunisdə İsrailə məxsus pilotsuz təyyarəni vuraraq onu ələ keçirdiklərini açıqlayıb.
Qüds Briqadaları vurğulayıb: Mücahidlərimiz Xan Yunisdə bir binada yerləşdirilmiş İsrail xüsusi bölməsini zireh və istehkam əleyhinə mərmi ilə hədəfə alıb və İsrail tankını “Bərq” bombası ilə partladıblar.
Biz həmçinin 60 millimetrlik minaatanlarla Xan Yunisdən qərbə doğru irəliləyən cəbhə xəttində Əl-Əmal xəstəxanası və Əl-Əraişiyyə bölgəsi ətrafındakı düşmənin hərbi toplanma mərkəzlərini hədəfə aldıq.
Qəssam batalyonları həmçinin, işğalçı ordunu “Merkava 4” tankının Qəzza zolağının mərkəzindəki Deyrəl-Bələhin şərqində Yasin 105 raketləri ilə hədəf aldığını açıqlayıb.