Qəzzə zolağının mərkəzində şəhid Süleymaninin şəkli ilə parad keçirilib-Video
Xəbər mənbələri “Fələstinin Azadlığı” Xalq Cəbhəsinin İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin şəhid komandirinin şəkli ilə Qəzzənin mərkəzində yürüş etdiyini bildirib.
Fələstinin Azadlığı Xalq Cəbhəsi bazar ertəsi yaranmasının 54-cü ildönümünü qeyd edib.
Xəbər mənbələri bir videoda Xalq Cəbhəsi qüvvələrinin İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı şəhid Hacı Qasım Süleymaninin şəkli olan plakatla cəbhənin yaranmasının ildönümü münasibətilə Qəzzədə yürüş keçirdiyini bildirib.
Bundan əvvəl cəbhənin siyasi bölməsinin rəhbəri Mahir ət-Tahir İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin şəhid komandirinin öldürülməsi ilə bağlı deyib: “ABŞ öz məqsədlərinə çatmaqda məğlub olduqdan sonra, komandir Qasım Süleymani qlobal simvola çevrilib.”
O, əlavə edib: “Şəhid Süleymani və Şəhid Əbu Mehdi əl-Mühəndisin öldürülməsi [qatillərin] istədiyi nəticəni vermədi.”
Xəbər mənbələri bildiriblər ki, dünən Xalq Cəbhəsi tərəfdarları və Fələstin müqavimət qruplarının liderləri cəbhənin yaranmasının ildönümü münasibətilə yürüş keçiriblər.
Yürüş iştirakçıları əllərində “Münasibətlərin normallaşmasına qarşı ərəb cəbhəsinə doğru müqavimət” şüarları yazılmış plakatlar tutublar.
Fələstinin Azadlığı Xalq Cəbhəsi Fələstini İsrailin nəzarətindən azad etmək məqsədi ilə 1967-ci il dekabrın 11-də Corc Habaşın rəhbərliyi ilə qurulan Fələstin Azadlıq Təşkilatının (FAT) ikinci ən böyük qrupudur.