Qəzzada 2 000 il yaşı olan qəbiristanlıq tapılıb

Qəzzada 2 000 il yaşı olan qəbiristanlıq tapılıb

Qəzza zolağında yeni yaşayış massivinin tikintisi zamanı qədim dövrə aid qəbiristanlıq aşkarlanıb.

Bu barədə “Report” Qəzza zolağının Turizm və Qədim Əsərlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, qəbiristanlığın yaşı təxminən iki min ildir.

Nekropol anklavın şimal-qərbindəki Beyt-Lahia şəhəri yaxınlığında tapılıb. Mütəxəssislər qazıntı yerindən və qəbirlərdən tapılan artefaktları götürərək qədim qəbiristanlığın ərazisini arxeoloqların araşdırması üçün bağlayıblar.

“Arxeoloji tapıntıların tədqiqi, onların yaşının və tarixi dəyərinin müəyyən edilməsi üçün xüsusi komissiya yaradılıb”, – nazirlikdən bildirilib.

Yerli KİV-in məlumatına görə, qəbiristanlıq iki həftə əvvəl şəhər sakinləri tərəfindən aşkarlanıb. Sakinlər çoxlu sayda qiymətli artefaktlar, o cümlədən dulusçuluq məmulatları, həmçinin qəbirlərdən birindən lövhə oğurlaya biliblər.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 19 =