Qəzzada aclıq pik həddə – Video

İsrail rejimi illərdir fələstinli mülki əhaliyə qarşı həyata keçirdiyi siyasətlə beynəlxalq hüququ və insan haqlarını sistematik şəkildə pozur.
Uşaqların, qadınların və günahsız insanların məqsədli şəkildə hədəf alınması, birbaşa müharibə cinayəti hesab olunur.
Bu cinayətlərə görə məsuliyyət daşımalı olan rejim, beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq cəzasız qalmaqda davam edir.
Qəzza zolağında tətbiq olunan blokada və ağır mühasirə şəraiti artıq sadəcə bir siyasi vasitə deyil, kütləvi kollektiv cəza alətinə çevrilmişdir. Aclıq və dərman çatışmazlığı səbəbilə minlərlə insan həyati təhlükə altındadır. İsrailin bu siyasəti, fələstinli mülki əhalini sistemli şəkildə zəiflətməyi və etnik təmizləməni hədəfləyir.