Qəzzada həlak olan İsrail hərbçilərinin sayı 44-ə çatıb

Qəzzada quru əməliyyatlarında həlak olan İsrail hərbçilərinin sayı 44-ə çatıb.
“Times of Israel”ə xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağının şimalında döyüşlər zamanı daha iki əsgər həlak olub, bununla da oktyabrın 27-dən başlayan quru əməliyyatında ölənlərin sayı 44-ə çatıb.