Qəzzada işğalçı rejimin yüksək rütbəli ordu zabiti öldürülüb
Sionist rejimin işğalçı ordusu Qəzza zolağının şimalında toqquşmalar zamanı “ehtiyat mayor” rütbəli bir zabitin fələstinlilərin müqavimət güllələri ilə öldürüldüyündən xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim ordusunun sözçüsü elan edib: Qəzza ordusunun şimal briqadasının komandirlərindən olan ehtiyatda olan 42 yaşlı mayor Salem Əl-Xrişat Qəzza zolağının şimalında quru döyüşləri zamanı həlak olub.
İbrani mediası öldürülən zabitin ən təcrübəli hərbçilərindən biri kimi xarakterizə edib.
Şahab xəbər agentliyinin verdiyi məlumata görə, işğalçıların etiraflarına əsasən, 2023-cü il oktyabrın 7-dən bu yana öldürülən İsrail hərbçilərin sayı 606 nəfərə yüksəlib, onlardan 261-i Qəzza daxilində quru hücumlarında həlak olub.
Sionist işğalçı rejim ordusu həmçinin son 24 saat ərzində Qəzza zolağında Fələstin müqaviməti ilə döyüş zamanı onun 8 əsgərinin yaralandığını da etiraf edib.