Qəzzada ölən fələstinlilərin sayı 44,3 min nəfərə çatıb
Ötən ilin oktyabrında İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından bu günədək 44,3 mindən çox fələstinli ölüb, 105 minə yaxın insan yaralanıb.
Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin teleqram kanalında bildirilib.
“2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 44 330 nəfərə çatıb, daha 104 933 nəfər isə yaralanıb”, – qurumun icmalında deyilir.
Həmçinin qeyd edilir ki, son gün ərzində anklavda İsrailin bombardmanları və top atəşləri nəticəsində 48 nəfər ölüb, 53 nəfər yaralanıb.