Qəzzada ölənlərin sayı artdı
İsrail rejiminin Qəzza zolağına hücumları nəticəsində həlak olan fələstinli mülki şəxslərin sayı artıb.
Bu barədə Fələstin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda vurğulanıb ki, həlak olanların sayı artaraq 45 min 553 nəfərə çatıb.
Səhiyyə Nazirliyi həlak olanların sayının hər ötən gün artdığını və vəziyyətin acınacaqlı olduğunu da diqqətə çatdırıb.