Qəzzada şəhid jurnalistlərin sayı 136 nəfərə çatıb – Şəfa xəstəxanasının dəhlizlərində çoxlu sayda insan şəhid olub

Qəzzada şəhid jurnalistlərin sayı 136 nəfərə çatıb – Şəfa xəstəxanasının dəhlizlərində çoxlu sayda insan şəhid olub

Fələstin mənbələri Qəzzada şəhid jurnalistlərin sayının artdığını və Şəfa xəstəxanasında işğalçılar tərəfindən yeni cinayətlərin törədildiyini bildirib.

Qəzzada hökumətin informasiya idarəsi şəhid jurnalistlərin sayının artdığını bildirib.

 Qəzzada hökumətin informasiya ofisi elan edib: Qəzzada qətliam başlayandan bəri şəhid jurnalistlərin sayı 136 nəfərə çatıb.

 Bu ofis sionist rejimin Qəzza şəhərinin cənub-şərqindəki Əl-Küveyt meydanına hücumu nəticəsində aldığı xəsarətlərin şiddətinə görə Məhəmməd Ər-Rəyfinin, işğalçıların Qəzzanın mərkəzindəki Əl-Burəyc düşərgəsində bir evə etdikləri hücumu nəticəsində Əbdülrəhman Saimənin və Mahmud İmad İsanın evinin bombalanması nəticəsində şəhid olduqlarını bildirib.

 Digər tərəfdən, Şəfa Xəstəxanasından bir xəstəxana mənbəsi dedi: İşğalçılar əməliyyat binasının bütün mərtəbələrini yandırdılar. Onlar xəstəxananın təcili yardım binasının əsas qapısını da partladıblar. Xəstəxana binalarının dəhlizlərində çox sayda insan sionistlər tərəfindən edam edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 2 =